"Martın sonlarına doğru mənzil bazarında bahalaşma ola bilər" - Ekspert






"Mənzil bazarında qiymətlər hələlik stabildir”.

Bu barədə "Sherg.az”a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məlumat verib. 

O vurğulayıb ki, qarşıdakı müddətdə əmlak bazarında vəziyyət dəyişə bilər:

"Aparılan təhlillər mart ayının sonlarına doğru bazarda dinamika müşahidə olunacağını deməyə əsas verir. Bu qiymətlərin artımına səbəb ola bilər.

Fevral ayının əvvəllərində əmlak bazarında nisbi qiymət artımları müşahidə olundu. Amma bu qısamüddətli proses oldu. Hazırda bazar stabildir”.

Aysel Aslan