Masallıdakı hadisənin “oğru aləmi” ilə əlaqəsi olmaya bilər
09:57 23.12.2016
Arxiv
755
"Azərbaycanda avtoritet yoxdur. Onlar başqa ölkələrdə fəaliyyət göstərirlər". Bunu Sherg.az-a lənkəranlı kriminal avtoritet kimi tanınan "Piter Elçin”in qohumunun qətlə yetirilməsindən danışarkən keçmiş polis rəisi Mahmud Hacıyev deyib.
O bildirib ki, mediada yayılan xəbərlərdə kriminal avtoritetin adı çəkilsə də, bu cinayətin "oğru aləmi” ilə əlaqəsi olmaya bilər:
"Əvvəl hadisənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək lazımdır. Qısqanclıq, tamahkarlıq, quldurluq, xuliqanlıq, adi anlaşılmazlıq və digər zəmində bu cinayət törədilə bilər. İctimaiyyətdə hadisəyə bu şəkildə don geyindirilməsi reallıqdan bir qədər uzaqdır".
Son zamanlar avtoritetlərə rəğbətin artmasına da münasibət bildirən M. Hacıyev deyib ki, xarici ölkələrdə həmin azərbaycanlı avtoritetlər, ora bir tikə çörək dalınca gedən, xırda və böyük bizneslə məşğul olan həmyerlilərimizə köməklik göstərir:
"Dünyanı yazılmış və yazılmamış qanunlar idarə edir. Yazılmamış qanunlar həmişə olub, indi də var və gələcəkdə də olacaq. Hətta elə məqamlar olur ki, o yazılmamış qanunlar daha irəlidə dayanır. Yaxınlarda ölümü səs- küy yaradan Rövşən Caniyev, sabiradabadlı Hikmət, Masallıdan Mamed kimi şəxslər yazılmış, ya da yazılmamış qanunlarla Rusiyadakı azərbaycanlılara köməklik göstərdiklərinə görə hörmətləri ölkəmizdə də yüksək idi. Onların Rusiyanın dövlət təşkilatlarından, kiçik müəssisələrdən tutmuş, kriminal aləmə qədər çox yatırımları və sıx əlaqələri var idi. Bu əlaqələr artdıqca artıq dövlətin özünün maraqlarına xidmət edir ki, bu şəxslər aradan götürülsün. Ona görə, çox zaman onların ölümünün detalları açılmır və ya başqa səbəblər gətirilərək pərdələnir. Məsələn, sabirabadlı Hikmətin ölümündə də Rusiya dövləti özü maraqlı olduğundan onun ölümü də müəmmalı baş verdi və münasibətləri yaxşı olmayan qrupların öldürdüyü deyildi”.
Qeyd edək ki, bir neçə gün əvvəl Masallı rayonunda qətl hadisəsi baş verib. Lənkəran rayon sakini Murad Quluzadə tərəfindən odlu silahla qətlə yetirilmiş Fariz İsmayılovun Rusiya vətəndaşı və lənkəranlı kriminal avtoritet "Piter Elçin”in qardaşı olduğu deyilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya