"Bu şou mənim adımla bağlıdısa, mən istəmərəm ki, burada qüsurlara yol verilsin. Bir də mənim öz ailəm bu şounu izləyirsə, sizcə, mən ailəmin təhqir eşitməsinə razı olarammı?"
Maşın ətrafında o qədər güclü oyun gedir ki...
Murad Dadaşov: "Müxtəlif fikirlərin səslənməsi normaldır"
"Bu şou mənim adımla bağlıdısa, mən istəmərəm ki, burada qüsurlara yol verilsin. Bir də mənim öz ailəm bu şounu izləyirsə, sizcə, mən ailəmin təhqir eşitməsinə razı olarammı?"
"Bu şou mənim adımla bağlıdısa, mən istəmərəm ki, burada qüsurlara yol verilsin. Bir də mənim öz ailəm bu şounu izləyirsə, sizcə, mən ailəmin təhqir eşitməsinə razı olarammı?"
«Maşın» realiti-şousu ətrafında müxtəlif fikirlər, bəzən ittihamlar səslənir. Son günlər Murad Dadaşovun tamaşaçılara təqdim etdiyi maşının sürəti daha sürətli oldu. Belə ki şouda, maşın ətrafında çəkişmələr, gözlənilməz addımlar tamaşaçıları təəccübləndirdi belə. Maşından əlini götürüb gedənlər də oldu, səs toplaya bilməyib uzaqlaşanlar da.
"Maşın" realiti-şousu həqiqətən Azərbaycan teleməkanında bu günə qədər təqdim edilən ən maraqlı telelayihə kimi qəbul olunur. Bu, danılmaz bir həqiqətdir ki, Murad Dadaşovun təqdimatında olan «Maşın» realiti-şousuna maraq böyükdür.
Belə olan halda Murad Dadaşov şounun nüfuzunu düşünməyə məcburdu. Tamaşaçı inamını itirməmək və konkret olaraq Murad Dadaşovun öz nüfuzunu qorumaq, zənnimizcə, aparıcı üçün vacib məqamlardandı. Elə Murad Dadaşov da peşəkar prodüser kimi, televiziyaçı olaraq onun adı ilə bağlı layihədə və onun rəhbərlik etdiyi «M Qrup»un nüfuzuna xələl gəlməsini istəməz. Layihə rəhbəri "Maşın”dan bəlkə də 15 maşının pulunu çıxarır. Burada həm sponsor etimadı, həm də tamaşaçının etibarı söhbəti var. Bir iştirakçıya görə 15 illik güvəni yerə vurmayacaq qədər ağıllı insanlar işləyir bu şouda. Saxtakarlıq və qurma bir prestij məsələsidir ki, Murad Dadaşov heç kəsə görə o prestiji yerə vuracaq qədər zəif düşüncə sahibi də deyil. Deməli, son günlər maşın ətrafında saxtakarlıqla bağlı söz-söhbətlərə Murad Dadaşovun əsaslanmış cavabı olmalıdı.
Bu barədə «Şərq»ə Murad Dadaşov danışdı: "Maşın" realiti-şousu hər zaman müzakirə mövzusuna çevrilə bilib. Bu da məni sevindirir. Deməli, bu layihə maraqlıdı, baxılır. Sadəcə bir məqam var ki, son günlər orda baş verənlərə baxış yanlış olur bəzən. Saxtakarlıq məsələsinə istərdim münasibət bildirim. Mətbuatda qeyd edilir ki, bir neçə gün əvvəl Kənan M.M və Təranə Qumral maşın ətrafında olanda əllərini maşından götürüblər.
Bu, yanlış ittihamdı. Əvvəla elə bir hadisə olmayıb ki, iştirakçılardan kimsə maşından əlini götürüb və bunu gizlədib, əmin olun, bizdən əvvəl iştirakçılar özü bunu bildirəcəklər. Çünki orda hamı biri-biri ilə rəqibdi. Belə məqam bir iştirakçının, daha dəqiq ifadə etsəm, bir rəqibin azalması deməkdi. Hamı da buna çalışır. Qaldı mətbuatda olan fotolara, bu şəkilləri hələ çəkiliş başlamazdan əvvəl maşın ətrafına iştirakçılar yığılarkən çəkirlər. Yəni xanımlar xüsusilə şəkil çəkdirəndə, pozalar verərkən, saçlarına düzəliş verirlər. Yayılan şəkillər də o məqamlarda çəkilib. Bunu bu qədər səhv istiqamətə yönəltmək lazım deyil. Orda kifayət qədər peşəkar heyət çalışır.
Mən bu şouda saxtakarlığa imkan vermərəm. Çünki bu mənim işgüzar nüfuzuma xələl gətirər. Mən tamaşaçı inamını itirəcək qədər düşüncəsiz bir insan da deyiləm. Maşından Tolik kimi maraqlı iştirakçı əlini götürüb getdi. Hamı bilirdi ki, o, həmin an gərginlikdən, bir az da tez qərar verdiyi üçün əlini götürdü. Komanda olaraq həm iştirakçılar, həm də maşın ətrafında olanlar xahiş etdilər ki, istisna hal kimi Tarix Əliyevi qaytaraq. Həqiqətən maraqlı iştirakçı idi, dostumdu. Amma mən hesab etdim ki, maşın üçün qoyulan qanun hər kəs üçün eynidir. Əslində qayda pozuntusu deyildi. İştirakçı özü əlini götürmüşdü. Amma qaytarmadıq. Kimliyindən asılı olmayaraq dəyişməz qaydalar var ki, iştirakçılar bu qaydalar əsasında oyunu davam etdirə bilərlər».
Murad Dadaşov bir neçə gün öncə səsvermə zamanı faizdə olan saxtakarlıq ittihamına da cavab verdi:
"Bu barədə efirdə qeyd etmişəm, bir də rəsmi olaraq açıqlama verirəm ki, orda saxtakarlıq olmayıb. Sadəcə texniki, mexaniki səhvə yol verilib. Özü də çox az faiz səhvi görünür. Cavad Rəcəbov da maşından getdikdən sonra ora bir də gəlib, biz onunla görüşüb açıqlama vermişik. Həmin gün mexaniki xırda səhvə yol verilib. Bilirsiz, maşın ətrafında o qədər güclü oyun gedir ki, müxtəlif fikirlərin səslənməsi də normaldı».
Murad Dadaşov MTRŞ-nin fikirlərinə də münasibət bildirdi: "Mən onların iradından xəbərsizəm. Bilmirəm nəyi nəzərdə tutublar. Amma maşın ətrafında olanların hər birinə əvvəlcədən xəbərdarlıq edilib ki, efirdə nalayiq ifadələrə yol verilə bilməz. Pərvinlə Səidə arasında yaranan söz-söhbətdə də heç kim heç kimi təhqir etməyib, mən ona görə Pərvinin ağzını əlimlə tutdum. O, Səidənin dediklərini eşitmirdi. Bildirdim ki, bir az sakit olsan, nə deyildiyini başa düşərsən, yanlış anlaşılmazlıq olmaz. Yoxsa Pərvin orda heç kimi təhqir etməyib.
Pərvin kifayət qədər özünə hörmət edən xanımdı. Qaldı ötən gün Təranə Qumralın «qatıqlama»sına, bu da mənə elə gəlir ki, qeyri-etik ifadə kimi qəbul oluna bilməz. Bu adi ironiyalı sözdü. Diqqət yetirdinizsə, mən o sözdən sonra zarafatla süd məhsullarının adını çəkdim. Yəni bu ifadəni qeyri-etik söz olaraq da qəbul etmək düzgün deyil. Bu şou mənim adımla bağlıdısa, mən istəmərəm ki, burada qüsurlara yol verilsin. Bir də mənim öz ailəm bu şounu izləyirsə, sizcə, mən ailəmin təhqir eşitməsinə razı olarammı? Ona görə də xahiş edirəm, bir qədər düzgün məsələlərə yanaşılsın. Maşınla bağlı şou bitdikdən sonra geniş açıqlama da veriləcək. Ona görə də hər kəsə məsləhətim odur ki, səbrlə sonu, nəticəni gözləyək!».
Tahirə