Məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir




"Bakıda məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir".

Sherg.az bildirir ki, bu haqda məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentdə çıxışı zamanı verib. 

Komitə sədri deyib ki, Fövqəladə hallar nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib: "Bu binalarda hər an təhlükə baş verə bilər. Qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. Bu, həm büdcə, həm Dövlət Neft Fondu və həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub. Bu gün 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var".

Anar