Həmin sürücü haqqında 3 gün ərzində həmin dayanacağı silib-süpürmək cəzası kəsilə bilər. Sizi inandırım ki, belə cəzadan sonra avtomobil sürücüləri avtobus dayanacağına 100 metr uzaqda dayanar...
Mədəniyyətsiz sürücülər nəticə çıxarmır
Biz maddi cəzaların müsbət nəticə vermədiyini görürük
Həmin sürücü haqqında 3 gün ərzində həmin dayanacağı silib-süpürmək cəzası kəsilə bilər. Sizi inandırım ki, belə cəzadan sonra avtomobil sürücüləri avtobus dayanacağına 100 metr uzaqda dayanar...
Həmin sürücü haqqında 3 gün ərzində həmin dayanacağı silib-süpürmək cəzası kəsilə bilər. Sizi inandırım ki, belə cəzadan sonra avtomobil sürücüləri avtobus dayanacağına 100 metr uzaqda dayanar...
"Bakubus” MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosüjet yayıb.
"Bakubus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məlumatına görə, hadisə fevralın 28-də baş verib.
Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun "Neftçilər” metrostansiyasının dayanacağına daxil olarkən 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir edib.
"BakuBus” MMC tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəaliyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.
Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşlı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.
Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən, ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub: "Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyd qalmamağa çağırırıq”.
Baş verən hadisə ilə bağlı "Şərq” qəzetinə açıqlama verən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, avtobusun hərəkət zolağında öz avtomobilini saxlamaq kobud şəkildə yol- hərəkəti qaydasının pozulması halıdır. Amma ortada xuliqanlıq əməli olmadığı üçün sürücüyə yalnız maddi cərimə tətbiq etmək mümkündür:
"İnzibati Xətalar Məcəlləsinə görə, avtonəqliyyat vasitəsinin avtobus dayanacağında saxlanılmasına görə 40 manat cərimə nəzərdə tutulub. Ona görə də bu cür özbaşınalıqların qarşısını almaq üçün maarifləndirmə tədbirləri gücləndirilməlidir. İnsanlara izah olunmalıdır ki, 3-5 dəqiqə qabağa düşmək üçün avtobus dayanacağında maşın saxlayıb aptekə və ya mağazaya düşmək qanunsuzluq əməlidir. Bir nəfərə görə avtobusda olan 40-50 sərnişin narahat olur, minmək-düşmək üçün gözləmək
məcburiyyətində qalır. Bakı Nəqliyyat Agentliyinin əsas tələblərindən biri odur ki, avtobus dayanacağa tam daxil olmadan qapıları açmaq olmaz.
Sürücülər də qayda pozmamaq və işlərini itirməmək üçün verilən tapşırıqlara əməl edirlər. Bəzi özbaşına avtomobil sürücüləri isə maşınlarını düz avtobus dayanacağında park edirlər. Yol polisi də xəbərdarlıq edəndə, cərimə yazanda and-aman edir ki, bir dəqiqəlik aptekə düşdüm. İndi təsəvvür edin, hər sürücüyə aptekə girmək üçün bir dəqiqə avtobus dayanacağında saxlamaq üçün güzəştə gedilsə, yollarda vəziyyət necə olar. Avtobuslar saatlarla küçələrdə qalar. Sürücülər birdəfəlik bilməlidir ki, harada avtobus dayanacağı nişanı var, ora 15 metr məsafədə maşın saxlamaq olmaz.
Xatırlayırsınızsa, ötən il avtobus sürücüsünə qarşı hədə- qorxu gəldiyinə görə general Novruzəli Orucovun oğlu həbs olundu. General oğlu yol hərəkəti qaydalarını pozduğu azmış kimi ona əsaslı irad bildirən avtobus sürücüsünü bir neçə dayanacaq təqib edərək vətəndaşların gözü qarşısında həmin sürücüyə xəsarət yetirmişdi. Üstəlik də onun bu addımı sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuşdu. Ümid edirdim ki, avtobus sürücüsünə qarşı xuliqanlıq edən general oğlunun həbs edilməsi digərləri üçün də dərs olar. Ancaq görünür ki, yekəbaş sürücülər nəticə çıxarmağı belə bacarmır”.
E.Muradlı hesab edir ki, yol hərəkəti qaydalarını bilərəkdən pozan mədəniyyətsiz sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsində ayrıca bir maddə qeyd olunmalıdır:
"Belə sürücüləri 40 manat cərimədən əlavə islah işlərinə cəlb etmək lazımdır. Məsələn, həmin sürücü haqqında 3 gün ərzində həmin dayanacağı silib-süpürmək cəzası kəsilə bilər. Sizi inandırım ki, belə cəzadan sonra avtomobil sürücüləri avtobus dayanacağına 100 metr uzaqda dayanar. Biz maddi cəzaların müsbət nəticə vermədiyini gördük, artıq mənəvi cəzaları tətbiq etməyin vaxtıdır. Dünyanın müxtəlif ölkələrində həyata keçirilən bu təcrübə müsbət effekt göstərir”.
Şəymən