Məhərrəm ayı nə üçün belə adlanır?
19:24 07.09.2019
Arxiv
513
İkinci xəlifənin zamanında 16-cı hicri ilində İmam Əlinin (ə) təklifi ilə İslam tarixi təyin edildi. Bu təqvimə görə, Həzrət Peyğəmbərin (s) hicrət etdiyi ay, ilk ay olaraq təyin edilir. Həzrət Peyğəmbər (s) Məhərrəm ayında hicrət etdiyi üçün İslam tarixinin ilk ayı məhz bu ay olur. Bu ayı ona görə haram ay adlandırırlar ki, hələ qədim zamanlarda bu ayda müharibə etmək haram edilmişdi.
İmam Rza (ə) bu ay barəsində buyurur: "Cahiliyyət dövründə bu ayın hörməti saxlanılırmış. Bu ayda vuruşmurdular. Ancaq bu ayda bizim qanımızı tökdülər və bizə qarşı hörməti aradan apardılar. Övladlarımızı və xanımlarımızı əsir götürdülər. Xeymələri yandırdılar, qarət etdilər, peyğəmbərin (s) nəsli ilə bağlı hörmətə riayət etmədilər".
Ayətullah Mirzə Cavad Məliki Təbrizi yazır: "Uşaqlarım Məhərrəm ayının ilk on günündə yemək yeməzdilər. Ancaq çörək yeyər və su içərdilər. Heç kəs onlara deməzdi ki, Məhərrəm ayı gəlibdir. Güman edirəm ki, daxili eşqləri cuşa gəlirdi"
Deyerler.org-a istinadən bildirir ki, Məhərrəm ayı haram olması ilə yanaşı, Aşura müsibəti ilə də tarixə ən faciəvi gün kimi həkk olundu. Nə zaman Məhərrəm ayı gələr, qəlblərimiz qəmlənər. İmam Hüseyn (ə) aşiqləri Məhərrəm ayının birinci günündən qara libas geyinər və İmam (ə) üçün əzadarlıq edərlər.
Beləliklə deyə bilərik ki, aylar arasında möhtərəmlik baxımından ən çox haram sayılan ay - Məhərrəm ayıdır. Bu ay cahiliyyət dövründə də bu cür adlandırılmışdır. Ona görə ki, bu ayda müharibə etmək haram elan edilmişdi.
Eyni zamanda, İslamın bərpasından sonra da bu ay haram ay olaraq qalır. Və bu ay Aşura faciəsi ilə yadlarda həkk olmuşdur və bu ayın gəlişi ilə hər yer qara rəngə boyanar və insanların qəlbi qəmlənər. Bacardıqları qədər əzadar olmağa çalışarlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual