Məhkəmə qurulmalı, cəza verilməlidir
08:49 18.07.2018
Arxiv
965
Erməni diversantı girovlarımızla eyniləşdirmək doğru olmaz
Xəbər verdiyimiz kimi, iyulun 15-də Ermənistanın kəşfiyyat-diversiya qrupu Qazax rayonu istiqamətində təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb. İtkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Erməni diversantın sağ ələ keçməsi düşmən girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Məlumdur ki, 4 ilə yaxındır hər iki şəxs qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib. Daha cəlbedici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçilərin girovlarla dəyişdirilməsi olub.
Lakin Ermənistan hakimiyyəti beynəlxalq təşkilatlara edilən müraciətləri qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də girovlarla bağlı üzərinə düşən işi lazımınca yerinə yetirə bilmədiyi ortadadır. Bəzi ekspertlərə görə, Azərbaycan əlində olan iki erməni diversantla girovlarımızı dəyişə bilər. Məsələn, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini beynəlxalq təşkilatlarda qaldıran hüquq müdafiəçisi Əhməd Şahidov hesab edir ki, erməni diversantlar kəlbəcərli girovların azad edilməsi üçün növbəti şansdır. Onun fikrincə, bu şansdan yararlanmaq lazımdır.
Təkliflə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, hamımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsinə çalışırıq. QAT rəhbərinin sözlərinə görə, bu, cəmiyyət üçün çox vacib məsələdir:
"Dörd ildir ermənilərin əlində zülm görürlər, hər gün o dünyanı görüb qayıdırlar. Biz girovlarımızın azad edilməsi istiqamətində Komissiya yaratmışıq və neçə ildir fəaliyyət göstəririk. Sağ olsun, hüquqşünas Əhməd Şahidov da əlindən gələni edir. Təəssüflər olsun ki, hələlik nəticə əldə etmək mümkün olmayıb. Ələ keçən erməni diversantların girovlarla dəyişdirilməsi tələbi təbii qarşılanmalıdır. Amma nəzərə almaq lazımdır ki, Dilqəm və Şahbaz kəşfiyyatçı deyillər. Onlar sadə vətəndaşlar kimi öz doğma yurdlarını ziyarət etmək məqsədi ilə təmas xəttini keçiblər. Sağ ələ keçirilən Karen Kazaryan isə əsl diversantdır. Bu baxımdan girovlarımızla erməni diversantı eyniləşdirmək olmaz”.
A.Nağı bildirib ki, diversantın yaxalanması fonunda beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalı, Ermənistan tərəfinin təxribatçılığı ifşa edilməlidir:
"Rəsmi İrəvanın dinc əhaliyə qarşı daim təcavüzkar siyasət yeritdiyi, təxribatlara əl atdığı dünyaya çatdırılmalıdır. Düşünürəm ki, Azərbaycan tərəfi erməni diversantları çox asanlıqla öz ölkəsinə qaytarmamalıdır. Ələ keçən kəşfiyyatçı cəzasını ən ağır şəkildə çəkməlidir. Məhkəmə qurulmalı və girovlarımıza yaşatdıqları zülmlər onlara da tətbiq olunmalıdır. Əslində müharibə qanunları bunu tələb edir. Erməni diversanta elə əziyyət çəkdirməliyik ki, buna cəhd edən digər ermənilərə də ibrət olsun”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm