Məhkumlar üçün yeni məscid tikilib
16:09 17.11.2017
Arxiv
741
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ilə birgə "Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda 11 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Komitənin saytı bildirir ki, tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini - ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak edib.
Müəssisədə məhkumların mənəvi dəyərlərini həyata keçirmək üçün yaradılmış şəraitdən söz açan İntiqam Əliyev yeni inşa olunan məsciddən danışıb. Bildirib ki, yüksək keyfiyyət və memarlıq üslubunda ərsəyə gələn məscid heç də kənd və şəhərlərimizdəki ibadət ocaqlarından geri qalmır.
DQİDK-nın şöbə müdiri Nahid Məmmədov ölkəmizdə mövcud dini durum barədə məlumat verib. Tolerantlıq günün qeyd edildiyi ərəfədə Azərbaycanın özünəməxsus dəyərlərindən biri olan birgəyaşayış ənənəsinin dünya üçün örnək olmasından bəhs edib. Prezident İlham Əliyevin İslam Həmrəyliyi ideyası ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində danışıb.
İlahiyyatçı alim Aslan Həbibov məscid ədəbindən, məscidin müsəlman həyatındakı rolundan söz açıb. Bildirib ki, məscid müsəlman həmrəyliyinin və vəhdətinin əsas qalasıdır və orada fitnə yaratmaq, ayrı-seçkilik salmaq qəti qadağandır.
Daha sonra qonaqlar müəssisədə istifadəyə hazır məscidlə tanış olublar. 11 saylı müəssisənin rəisi qonaqlara bu barədə məlumat verib. Bildirilib ki, məsciddə yüksək səviyyədə tikinti işləri ilə yanaşı, dəstnamazxana, ayrıca mərasim yeri, mətbəx, kitabxana da inşa edilib. Eyni anda 250-dən çox məhkumun ibadət edə biləcəyi məsciddə istilik və soyutma sistemləri quraşdırılıb, akustika, milli-mənəvi dəyərlərimizin tərənnüm edildiyi dekorasiya işləri görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə