Məktəbdə uşaqlara yol hərəkəti mədəniyyəti aşılanıb

Bakının 246 saylı məktəbi yenə fərqlənib. Məktəbdə şagirdlərə verilən biliklərlə yanaşı, onların qanunları mənimsəməsi üçün tamaşa şəklində çıxışlar tərtib edilib. Mini tamaşada şagirdlərə yol hərəkəti qaydalarının öyrədilməsinə dair müəyyən obrazlar verilib.
246 saylı məktəbdə aktivliyi ilə seçilən 2 f sinfinin rəhbəri Hüsniyyə Seyidəliyevanın hazırladığı çıxışlar şagirdlərə yol hərəkəti mədəniyyətinin aşılanmasına töhfə verib. Hüsniyyə xanım şagirdlərə qanunların maraqlı gəldiyini və onların həvəslə öyrəndiyini deyib. Onun sözlərinə görə, şagirdlər kiçik tamaşalara həvəslə hazırlaşır, daşıdıqları obrazlara daha məsuliyyətlə yanaşırlar.
Sinif rəhbəri, şagirdlərin fəallığı ilə fəxr etdiyini sevgi ilə vurğulayır: "Hər uşaq müəyyən yol hərəkəti işarəsini göstərən obrazları oynadılar. Onlardan biri işıqfor, biri polis rolunda çıxış edirdi. Teatr çıxışı sonda işıqforun rənglərindən ibarət rəqslərlə bitdi”.
Yeganə Bayramova