Türkiyədə Milli Dayanışma və İnteqrasiya Koordinasiya Şurasının iclası keçirilib.
Sherg.az xəbər verir ki, toplantıya Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz rəhbərlik edib.
Prezident Administrasiyasının kompleksində keçirilən iclasda ədliyyə naziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi, milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının baş katibi Hakkı Susmaz, MİT rəhbəri İbrahim Kalın və Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş iştirak edib.
Toplantının ardından yazılı açıqlamanın yayılması gözlənilir.