Məktəblərdə koronavirusla bağlı vəziyyət AÇIQLANDI
13:55 10.03.2021
Arxiv
436
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89 223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.
Qurum ölkə üzrə dərslərin distant formada keçirilməsi barədə qərar qəbul edilən məktəblərin sayı da açıqlanıb.
22 fevral - 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0,34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0,29 faizi):
“Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Ağdam rayonu 19 nömrəli və Əfətli kənd, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir”.
“Daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və Qaradağ rayonu Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir”, - deyə qurumdan qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat