Məktəblərdə psixoloji müayinələr aparılacaq - YENİ QAYDA
10:55 29.10.2018
Arxiv
542
Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan "Psixoloji yardım haqqında” qanun layihəsinə əsasən, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.
Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.
Təhsil müəssisələrində aparılan psixoloji müayinələrin nəticələri müayinə olunan şəxsin özünə və ya onun qanuni nümayəndəsinə verilir. 14 yaşına çatmayanlar barəsində müayinənin nəticələri yalnız qanuni nümayəndənin razılığı olduqda, 14 yaşı tamam olmuş şəxslər barəsində isə yalnız qanuni nümayəndənin, yaxud özünün razılığı olduqda bilavasitə tədrisi həyata keçirən müəllimə, təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.
Psixoloji müayinələrin nəticələri təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) ilə müzakirə olunmalı və sonrakı tədbirlər üçün onlardan icazə alınmalıdır.
Qeyd edək ki, "Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə