Məleykə Abbaszadə tələbələrin imtahan verdiyi yanan binaya gəlib - FOTO +VİDEO

Bakı şəhəri Nərimanov rayonu ərazisində bina yanır.
Sherg.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayonun Nəriman Nərimanov küçəsində, Korporasiya Universitetinin yaxınlığında yerləşən ,çoxmərtəbəli binada yanğın baş verib. Yanan binanın universitetin idman zalı olduğu bildirilir.
Hazırda universitetdə ali məktəblərə qəbul imtahanları keçirildiyinə görə, övladlarının imtahandan çıxmasını gözləyən valideynlər təşvişə düşüblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyi əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbir görülür.
Qeyd edək ki, yanğının səbəbi hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin yanğın baş verən binaya gəldiyi deyilir.