"Memar Əcəmi"də çılpaq uşaq...

  
Metronun "Memar Əcəmi" stansiyasının ətrafında bu gün, 30 dəqiqə əvvəl kiçik yaşlı uşaq bu halda görünüb. Onun diləndiyi söylənilir. Soyuq havada, paltarsız olan uşağa ətrafdakılar ancaq seyr etməklə məşğuldur. Polis gözə dəymir, vətəndaşlar onunla maraqlanmır. Göründüyü kimi bu uşaq hər gün rast gəldiyimiz dilənçilərdən deyil. Üz gözündən hiss olunur ki, bu valideyninin nəzarətindən yayınıb, dilənçilik edir. Ya da valideyni özü vadar edir. Bəlkə də dilənməyin yeni üsulunu tapib. Bu halda ona rəhmi gəlib, qəpik uzadanlar da var.  Bu fotonu oxucumuz "Şərq" qəzetinə göndərib.