Məmməd İsmayılın tərcümə etdiyi kitab Parisdə nəşr edildi






Yeni ilin ilk günlәri Türkiyәdә yaşayan hәmyerlimiz şair Mәmmәd İsmayıl üçün uğurla başlayıb.

Parisin "Éditions Institut Culturel de Solenzara” nәşriyyatı M.İsmayılın tәrcümәsindә Fransanın önәmli çağdaş şairlәrindәn olan Athanasi Vantchev de Thracyın "Sәssiz ıhlamurların ürkek uykusu” poemasını türk dilindә nәfis şәkildә nәşr edib.

Kitabda M.İsmayılın şair dostu haqqında giriş mәqalәsinә vә Vantchevin hәyat hekayәsinә dә yer verilib. Onu da qeyd edәk ki, keçәn il eyni nәşriyyat bu poemanı yenә dә M.İsmayılın tәrcümәsindә Azәrbaycan türkçәsindә ayrıca kitab halında yayınlamışdı.

Yeri gәlmişkәn, Fransız şairlә M.İsmayıl arasında dosluq әlaqәlәri iki ildir ki, davam edir. Athanasi Vantchev de Thracyın tәşәbbüsü ilә başlayan facebook әlaqәlәri sonralar әdәbi dostluğa çevrilmişdir. Fransız şair öz tәşәbbüsü ilә keçәn il Mәmmәd İsmayılın seçilmiş şeirlәr kitabını Fransız dilinә tәrcümә edәrәk Parisdә nәşr etdirmişdi.