Merkel, Makron, Mişel və Bettel PİVƏ İÇDİLƏR - Foto

Dünən gecə saatlarında Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanüel Makron, Belçika prezidenti  Çarlz Mişel və Lüksemburq lideri Ksavier Bettel Brüsseldə Avropa Şurasının zirvə görüşü ilə bağlı həyata keçirilən tədbirdən sonra "Grand-Place" otelində görüşüblər. 
"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, 1 saata yaxın birlikdə vaxt keçirən liderlər qızardılmış kartoşka ilə pivə içiblər.  Bu barədə X.Bettel məlumat verib. O qeyd edib ki, ötən bazar Lüksemburqdakı seçkilərin nəticəsinə uyğun olaraq onun öz postunda qalması münasibətilə həmkarlarına pivə qonaqlığı verib və qonaqlığın hesabını da məhz özü ödəyib: 
"Dünən gecə həmkarlarımla pivə içdik. Çox əla, xoşagələn bir an idi.  Düzdür, biz tanınmış siyasətçilərik, ölkə rəhbərləriyik, amma eyni zamnda biz də insanıq. Bəzən zirvə görüşlərindən sonra bu cür əlaqələr çox əhəmiyyətli olur. Dünənki görüşlər barədə müzakirələr apardıq. Hətta mən həmkarlarımı ötən həftə baş tutan seçkilərlə bağlı hər şeyi daha dəqiq öyrənmələri üçün Luksemburqa dəvət etdim".
 
Tərcümə etdi: Ayyət Əhməd