Mərkəzi Banka inam azalıb
19:39 10.03.2016
Arxiv
885
“Ona görə bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur”
Prezident İlham Əliyev Mərkəzi Bankın publik hüquqi şəxs edilməsi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində "dövlət orqanıdır” sözləri "publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilib. Bu maddədə dəyişikliklərdən əvvəl qeyd olunub ki, Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Vüqar Bayramovun sözlərinə görə, burada söhbət Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsindən gedir.
Ekspert deyib ki, Mərkəzi Bankın publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi ona beynəlxalq iqtisadi təşkilatlarla birbaşa əlaqələr qurmaq və onlardan borc almaq imkanlarını genişləndirir: "Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir. Yeni dəyişikliklərə əsasən kommersiya banklarında maliyyə çatışmazlığı müşahidə olunarsa, sözügedən banklar Mərkəzi Banka müraciət edərək mərkəzləşdirilmiş kreditləri cəlb etmək imkanlarına malik olacaq. Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı altı aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank iki bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir. Bu qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır”.
İqtisadçının sözlərinə görə, yeni dəyişikliklər bankların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına xidmət edə bilər. Bu isə Mərkəzi Bankın öhdəliyinin genişləndirilməsi ilə yanaşı, onun səlahiyyətlərinin bir qisminin yeni yaradılan Palata ilə bölüşdürməsinə gətirib çıxaracaq:
"Manata inamın bərpası Mərkəzi Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur. Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji olaraq baş verən iki devalvasiya Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranıb. Banklara nəzarətin gücləndirilməsi isə bu sektorun likvidliyinin bərpa edilməsi və banklara inamın formalaşdırılması baxımdan vacibdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol