Metro, "mall"lar və idman zalları nə vaxt açılacaq? - AÇIQLAMA
13:19 07.04.2021
Arxiv
520
"Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Azərbaycanda ÜST-ün ekspertləri var və müəyyən məsləhətləşmələr aparılır, qərarlar qəbul edilir".
"Sherg.az" xəbər verir ki, bu sözləri baku.ws-ə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, əgər ölkədə yoluxanların sayında azalma olarsa, vəziyyət yaxşıya doğru gedərsə, karantin qaydalarında yumşalmalar olacaq: "Əski olacağı təqdirdə sərtləşdirmə olacaq. Burada karantin qaydaları SMS icazə sisteminə qədər sərtləşdirilə bilər.
Azərbaycanda vaksinasiya prosesi gedir. "COVAX" platforması vaxtında Azərbaycana vaksin vermədi. Amma biz Türkiyənin köməyi ilə Çindən vaksin alıb peyvəndləşmə prosesinə başlayaraq Cənubi Qafqazda ilk ölkə olduq. TƏBİB bizə vəd verib ki, yay aylarına qədər əhalinin 7 milyonunun vaksinasiyası nəzərdə tutulub.
Əgər bu proses deyilən kimi təşkil olunarsa, bu, kollektiv immunitetə çatmaq üçün böyük yoldur. Hesab edirəm ki, vaksinasiya üçün yerlər artırılmalıdır. Bundan başqa şayiələr gəzir ki, vaksinasiya olunmaq istəməyən bəzi şəxslər hansısa sənədə qol çəkməklə qeydiyyata vaksin vurdurmuş kimi qeydə alınır. Buna qətiyyən yol vermək olmaz.
Yay aylarında çöldə maskasız gəzmək məsələsi də hamını maraqlandırır. Bu məsələ epidemioloji vəziyyətdən asılı olacaq. Əgər əlavə yoluxmalar olmazsa, dördüncü dalğa qeydə alınmazsa, açıq havada maskasız gəzmək mükün olacaq.
Kütləvi immunitetin formaşalması üçün əhalinin 75 faizində immunitetin yaranması lazımdır. Bura istər xəstəlik keçirənlər, istərsə də vaksinasiya olunanlar aiddir. Azərbaycanın quru sərhədlərinin bağlı qalması, metro, "mall"lar və idman zalları ilə bağlı qadağaların ləğvinə gəldikdə isə deyə bilərəm ki, əgər vəd verilən kimi yay aylarınadək bu qədər insan vaksinasiya olunacaqsa, biz buna nail ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm