Metro qatarlarında “Wi-Fi” şəbəkəsi yaradılacaq ? - Qurumdan açıqlama




"Bakı metrosunda gediş haqqını Tarif Şurası müəyyən edir”.

Bunu "Sherg.az”a "Azərtelekom” MMC-nin Bakı Metropoliteninin qatarlarında "Wi-Fi” şəbəkəsinin yaradılması təklifinə münasibət bildirərkən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. 

O bildirib ki, Metropolitenin bu bərədə məlumatı yoxdur:

"Təklif barədə məlumatımız yoxdur. Vayfay quraşdırıldığı təqdirdə gediş haqqının artmasına gəldikdə isə bunu Tarif Şurası müəyyən edir”.

Qeyd edək ki, "Azərtelekom”un biznes inkişaf üzrə direktoru Səbinə Məmmədlinin sözlərinə görə, "Azərtelekom” bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib.

Aysel Aslan