Metroda insanlar istidən “boğulur”
07:39 23.09.2017
Arxiv
457
Ekspert isə hesab edir ki, gediş haqqını artırmaqla problemi aradan qaldırmaq olar
Havaların isti keçməsi ilə əlaqədar olaraq ictimai nəqliyyat sistemində, xüsusən də əhalinin daha çox istifadə etdiyi yeraltı nəqliyyat növü olan metroda insanlar istidən əziyyət çəkirlər.
Məsələ ilə bağlı mətbuata açıqlama verən "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə hər dəfəsində "Bakı Metropoliteni”ndə soyutma sisteminin olmadığını deyib. Onun sözlərinə görə, istehsalçı tərəfindən bu qatarlarda kondisioner quraşdırılması nəzərdə tutulmayıb: "Metroda kondisioner sistemi yoxdur. Sonuncu dəfə alınan 3 qatarda kondisioner var. Onlar da işləyir. Başqa qatarlarda soyutma sistemi yoxdur.
"Bakı Metropoliteni” sərnişinlərin rahatlığı üçün əlindən gələni edir. Mənə qəribə gələn odur ki, ziyalılarımız olmayan bir şeyi necə müzakirə edirlər? Gələcəkdə bu qatarlar öz istismar dövrünü başa vurduqdan sonra onları əvəzləyəcək qatarlarda kondisioner sistemi olacaq”.
Nəsimi Paşayev qeyd edib ki, hazırda metrostansiyalarda havanın temperaturu mövcud hava şəraitindən çox yaxşıdır:
"Stansiyalarda sərin hava şəraiti var. Havalandırma sistemi, ventilyasiya var, hansı ki, onun vasitəsi ilə təmiz hava içəri vurulur. Amma metroda belə bir qayda var. Bayırda havanın temperaturu 35 dərəcəni keçərsə, o havanı içəri vurmaq olmaz. Bu, insanların həyatı üçün təhlükəlidir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, indiki şərtlərlə metroda kondisioner sisteminin quraşdırılması inandırıcı olmadığı üçün "Bakı Metropoliteni”nin rəsmisi yalan danışmaq istəməyib:
"Metroda xidmətin aşağı səviyyədə olması gediş qiymətlərinin aşağı olması ilə bağlıdır. Bununla əsla qiymətlərin qaldırılmasını təşviq etmirəm, çünki mövcud durumda qiymətlər əhalinin gəlirlərinə uyğundur. Amma danılmaz faktdır ki, ictimai nəqliyyat əhaliyə keyfiyyətli xidmət təklif etmək üçün gəlirlərini artırmalıdır. Düzdür, dövlət dotasiya ayırır, amma mövcud xərclər fonunda Metropoliten rəhbərliyi qatarları yeniləyib, ventilyasiya sistemini təkmilləşdirə bilmir”.
S.Məmmədovun sözlərinə görə, mövcud problemlərin həlli üçün xarici ölkələrin təcrübəsi tətbiq edilməlidir. Yəni əhalinin gəlirsiz təbəqələri istisna olmaqla digər vətəndaşlar üçün qiymətləri bahalaşdırmaq lazımdır:
"Tələbələr, təqaüdçülər və digər sosial qayğıya ehtiyacı olan şəxslər üçün qiymətlər 20 qəpik olaraq qalmalı, turistlər, ölkədə olan əcnəbilər üçün tarifləri artırmaq lazımdır. Belə çıxır ki, dövlət tərəfindən ayrılan ictimai nəqliyyatın saxlanılmasına verilən dotasiya xarici vətəndaşların ucuz qiymətə hərəkətinə sərf olunur. Bu da düzgün sistem deyil. Vahid kart sistemi imkan verir ki, ayrı-ayrı təbəqələr üzrə müvafiq qiymət mexanizmi tətbiq edilsin. Şəxsən mən cəmiyyətin aztəminatlı təbəqələrinə yerüstü və yeraltı nəqliyyatda gediş haqqına güzəştlərin edilməsi fonunda qiymətlərin artırılmasının tərəfdarıyam, xüsusən də əcnəbilər üçün. Ümumiyyətlə isə gediş haqqı prosesinin tənzimlənməsində müxəlif sistemlər mövcuddur. Bakı metropoliteni istənilən ölkənin təcrübəsindən yararlanıb bu problemi nizama sala bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya