Metroda köhnə qatarlara kondisioner quraşdırılacaq ?
09:32 03.05.2019
Arxiv
615
"Metroda yay qrafikinə keçid tədris mövsümü başa çatanda, fəal istirahət və məzuniyyət dövründə olur. Bu rejim iyun ayının sonu, iyul ayının əvvəlindən tətbiq edilir”.
Bu sözləri "Sherg.az"a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, artıq 6 yeni qatar və ya 30 vaqon alınacağı elan edilib:
"Yay qrafikində yeni alınacaq və ümumiyyətlə 2015-ci ildən etibarən alınan bütün vaqonlar mütləq şəkildə kondisioner və mikroiqlim şəraiti ilə təmin olunacaq. Bundan başqa 7 yeni güclü ventilyator da stansiya və tunellər üçün alınır. Həmin ventilyatorlardan ikisi artıq Bakıdadır və müvafiq hazırlıq tədbirindən sonra quraşdırılacaq. Daha 5-i isə bu günlərdə Bakıya gətiriləcək”.
B.Məmmədov metroda xəttə buraxılan köhnə qatarlarda olan kondisioner probleminə də toxunub:
"Köhnə qatarlarda kondisioner sisteminin quraşdırılması texniki cəhətdən mümkün deyil. Bunu araşdırmalarımız və istehsalçı müəssisənin verdiyi rəy də təsdiq edir.
Qeyd edim ki, köhnə qatarların istismar müddəti 31 ildir və metroda istismar müddətini başa vuran qatarlar xəttə buraxılmır. Bu il 6 qatar xətdən çıxarılacaq və onların əvəzinə artıq istehsal prosesində olan 6 yeni tipli qatar veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm