Meymun ovlayıb, qidalanırlar

Bu qəbilənin qeyri-adi həyatları var
Ekvadordakı Amazon meşələrində yaşayan Huaorani qəbiləsi ağaclardan - ağaclara tullanaraq meymun ovlayır. Kiçik meymunlar onların ən qiymətli qida qaynağıdır...
Ekvador hökuməti 1990-cı ildə Amazon meşələrində yaşayan Huaorani qəbiləsini qoruma altına alan bir qanun vermişdi. Amazonun yağışlı meşələrində olduqca sadə bir həyat sürən bu insanlardan yalnız 4000 nəfər var. Primitiv şərtlərdə yaşamağı seçən bu qeyri-adi insanlar icad etdikləri üfləmə borularıyla ağaclarda gəzərək meymun ovlayır. Ağaclara dırmaşmağa alışqan olan bu insanların bədənləri, xüsusilə ayaqları formasını dəyişib. Onların həyatında fast food, market, heç biri yoxdur. Öz silahlarıyla maraqlı canlıları ovlayaraq qidalanırlar. Meymundan başqa pekari donuzu, tukan quşu ovlayırlar, bitkiləri yeyirlər. "Daily Mail” qəzetində yer alan xəbərə görə, İngilis fotoqraf Pete Oxford onları ziyarətə gedir və qeyri-adi həyat tərzlərini lentə köçürür.