
Məzahir Süleymanzadə "Şərq"in abunə çağırışına qoşuldu:"Cüzi pensiyamdan müvafiq vəsait ayırıram"
11:24 05.02.2019
Arxiv
392
Dünən 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.
"Şərq”ə dəstək nümayiş etdirən nüfuzlu ziyalılarımızdan biri də Azərbaycanın əməkdar mədəniyyət işçisi, qocaman jurnalist Məzahir Süleymanzadədir. Tanınmış mətbuat nümayəndəsi öz "Facebook" səhifəsində "Şərq”i oxu" abunə kampaniyasına dəstək üçün bunları qeyd edib:

"Mən hələ heç bir şəklin qarşısında belə qürurla dayanmamışdım...Bu imkanı mənə neçə il qabaq "Şərq" qəzeti yaratdı. Redaksiyanı haqlı olaraq gənc jurnalistlərin yaradıcılıq meydanı sayırlar. "Şərq" təkcə qəzet deyil, yüzlərlə, minlərlə oxucunun qəlbini isitdiyi ocaqdır. Bu ocaq heç vaxt sönməyəcək. Mən də "Şərq"in abunə çağırışına qoşulur, cüzi pensiyamdan böyük məmnuniyyətlə müvafiq vəsait ayırıram. Akif Aşırlıya minnətdarlıq hissilə və səmimiyyətlə bildirirəm ki, təcrübəli mətbuat işçisi kimi "Şərq" qəzetində maaşsız işləməyə, bu gənc və peşəkar kollektivə əlimdən gələn köməyi göstərməyə hazıram”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət