Millət vəkili meriyaya çağırış etdi: “Milli Şuranın mitinqinə icazə verilməsin”





"Milli Şuranın martın 10-a təyin etdiyi mitinq seçki qanunvericiliyini pozur”. 

"Sherg.az" bildirir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili vurğulayıb ki, seçki təşviqatı martın 19-da başlayır: 

"Amma bunlar martın 10-a mitinq təyin edirlər. 

Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlər mitinq keçirsinlər. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir. İcazə verilsə, bununla qanun pozular”.

Anar