Millət vəkili: “Rayona gedəndə maşın, yanacaq tapmırıq, əziyyət çəkirik”





"Son illər Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 

Parlamentin beynəlxalq fəaliyyətinin düzgün şəkildə aparılması üçün ezamiyyə xərclərininin artırılmasına ehtiyac var”.
Bunu Milli Məclisə büdcədən ayrılan maliyyə vəsaitinin müzaqkirəsi zamanı
Millət vəkili Musa Quliyev deyib:

 "Məncə ezamiyyə xərcləri büdcədə ayrıca qeyd edilməlidir. Büdcəni biz təsdiq edirik. Ona görə də hökumətdən xahiş edirik ki, ezamiyyə xərclərini artırsın. Son 3 ildə çox böyük əziyyətlər çəkirik. Biz beynəlxalq təşkilatlara gəzmək üçün getmirik. Ermənilərin təxribatlarının qarşsını almağa, Azərbaycana qarayaxma kampaniyası aparanlarla mübarizə aparmağa gedirik. Bu istiqamətdə parlamentin dostluq qruplarının çox böyük əhəmiyyəti var. Dost olarkən gərək gedərsən, gələrsən, münasibət qurasan. Biz heç onları bəzən layiqincə qarşılaya bilmirik. Bir də rayonlara vətəndaşlarla görüşə gedərkən ya maşın çatışmazlığından, ya da yanacaq çatışmazlığından əziyyət çəkirik. Qanunda da bu göstərilsin”.
Spiker Oqtay Əsədov deputata cavab verib: "Musa müəllim, qanunda elə şey yazılmayıb axı”.

Anar