Hüquqşünas Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini doğru addım sayır
Millətə xeyri var?
07:35 26.09.2017
Arxiv
524
Narkomanlar daha məsuliyyətə cəlb olunmayacaq
Hüquqşünas Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini doğru addım sayır
Hüquqşünas Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini doğru addım sayır
"Hüquq tarixi və məhkəmə tədqiqatı göstərir ki, qanunların sərtləşdirilməsi və ya yumşaldılması cinayətlərin azalmasına qətiyyən təsir etmir”
Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bu barədə Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.
Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
Yeni əlavələrlə bağlı "Şərq”ə danışan hüquqşünas Qurban Məmmədov Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinin düzgün addım olduğunu düşünür.
Onun sözlərinə görə, Azərbaycanda narkomanların müalicəsi ilə bağlı ciddi tədbirlər görülməlidir. Narkomaniya bu gün o qədər cavanlaşıb ki, orta məktəb şagirdləri də narkomaniyaya qoşulub:
"Azərbaycanda hüquqi baxımdan narkoman xəstələrin indiyə qədər də həbsi mümkün deyil. Sadəcə olaraq Cinayət Məcəlləsinin 234-cü maddəsinin 1-ci hissəsində artıq miqdarda narkotik maddə saxlama, gəzdirmə və s. əməllərlə məşğul olanları həbs edirdilər. Məsələn, adamın biri narkomandır və ucuz marixuana gördü, ondan yarım kilo aldı və evində saxladı. Bu şəxs satmır, başqasına vermir və yaymır.
Sadəcə özü üçün çəkir. Azərbaycanda belə adamları hüquq-mühafizə orqanları buraxırdı. Bir müddətdir təklif edirdik ki, 234-cü maddənin 1-ci hissəsi Cinayət Məcəlləsindən çıxarılmalıdır. Dünyanın hər yerində narkoman xəstələr cəzalandırılmır, əksinə, müalicə olunurlar. Qərarın hüquqi nəticələri isə hələ qabaqdadır. Yəni, Cinayət Məcəlləsində həmin maddə ilə məhkum olunan adamların yenidən hüquqlarının bərpası məsələsi gündəmə gələcək. Hər halda belə bir qərarın verilməsinin millətə xeyri var”.
"Yeni dəyişikliklərin edilməsi narkomanların sayının azalmasına şərait yarada bilərmi” sualına gəlincə, hüquqşünas bunun mümkün olmadığını deyib:
"Hüquq tarixi və məhkəmə tədqiqatı göstərir ki, qanunların sərtləşdirilməsi və ya yumşaldılması cinayətlərin azalmasına qətiyyən təsir etmir. Müəyyən azalma müşahidə olunsa da, sonradan yenidən əvvəlki vəziyyətə qayıdır. Bu baxımdan hesab etmirəm ki, qanunda baş verən dəyişiklik narkomaniyanın qarşısını alacaq və ya azaldacaq. Əksinə, burada narkomaniyaya qarşı başqa tədbirlər görülməlidir. Profilaktik işlər görülməli, təbliğat genişləndirilməli, televiziyalarda verilişlər verilməlidir. Narkomaniyanın fəsadları, ailənin dağılması, körpələrin yetim qalması və başqa cinayətlərə yol açılması ilə bağlı faktlar, məhkəmə təcrübəsi verilməlidir. Yəni narkomaniyanın ziyanlı olduğuna şüurulu şəkildə cəmiyyəti inandırmaq lazımdır. Yalnız bu yolla azalma ola bilər, yoxsa insanları güllələməklə bu mümkün deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya