Milli Bank inflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşır
07:43 31.10.2018
Arxiv
627
Neftin bahalaşması manatın məzənnəsinin möhkəmlənməsinə cüzi təsir edib
"Bu ilin 9 ayında xarici ticarət balansında ÜDM-nin təxminən 19 faiz səviyyəsində müsbət saldo yaranıb”. Bu barədə Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov dünən keçirdiyi mətbuat konfransında məlumat verib. Sədr bildirib ki, beynəlxalq konyuktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalıb: "Ümumilikdə, 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38 faizə yaxın artıb. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edir. Qeyri-neft ixracı illik 13 faiz artıb”.
"Bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq”
Elman Rüstəmov bildirib ki, Azərbaycanda bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışılır: "Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib. İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”.
Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.
"Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək”
Mərkəzi Bankın sədri bəyan edib ki, Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək: "Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb. Xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir”.
"AMB valyuta ehtiyatlarının idarə olunmasından 75 milyon dollar əldə edib”
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 5,537 mlrd. dollardır: "Bu da ilin əvvəli ilə müqayisədə 203 milyon dollar çoxdur. Bunun 75 mln. dolları valyuta ehtiyatlarının idarə olunmasından əldə edilib”.
"Azərbaycanda inflyasiya 2,6 faiz səviyyəsində formalaşıb”
E.Rüstəmov vurğulayıb ki, son 3 ayda orta illik inflyasiyada azalma meyli davam edib: "2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, bu ilin 3-cü rübü ərzində ritmik templə azalıb". Onun sözlərinə görə, inflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır: "İnflyasiyanın daxili və xarici amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meylini müəyyən edib". İnflyasiya üzrə gözləntilərə və proqnozlara gəlincə, E.Rüstəmov bildirib ki, biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür: "İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə