Milli ÖN aparatlarından ŞİKAYƏT: Pulu “yeyir”, amma...”

Milli ÖN aparatlarından şikayətlər səngimir. Aparatlar kiminsə 1 manatını, kiminsə 2-3, hətta 5, 10 manatı da bəzən "yeyir”. Və ən pisi də budur ki, dəmir aparatın udduğu pulun hesabıını kimsədən soruşa bilmirsən. "İt də gedir, ip də”.
Həmkarıımız Elnurə Abuşova sosial şəbəkədə Milli ÖN aparatı ilə bağlı paylaşım edib. Xanım jurnalist yazır ki, ötən həftənin cümə günü Azərbaycan Nəşriyyatının qarşısında Milli Ön aparatından "Sim” nömrəsinin balansını artırmaq üçün aparata 5 manat daxil edib. 
Lakin ödəmə həyata keşirilməyib, nə çek verilib, nə balansa pul ödənilib. Elə həmin gün *0010a yığıb hadisə barədə məlumat verib, araşdırılacağını deyiblər. "Üstündən 1 həftə keçib, dünən zəng edib "pulunuz aşkar olunmadı” bildiriblər. Buna nə zaman "DUR!" deyiləcək? Haramınız olsun!". demək düşür”.
Ölkədə Milli ÖN aparatlarına nəzarət edən qurum yoxdurmu?
Azal İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az”a açıqlamasında nəzarət edəcək qurumun mütləq olduğunu, lakin əhalinin bundan bixəbər qaldığını dedi:
- Məncə, nəzarət edən qurum var. Lakin mexanizm elə qurulmalıdır ki, problemlər asan yolla, yerində həll edilsin. Vətəndaş metroda gediş kartının balansını artırmaq istəyir, aparat pulu alır, amma balansı artırmaq mümkün olmur, nəzarətçi deyir, "20 Yanvar”dakı mərkəzə gedin. 
Vətəndaş işini-gücünü buraxıb, zamanını sərf edib, pulun ardınca düşməlidir? Bu məsələlər gərək yerindəcə həllini tapsın, vəətəndaş narazı qalmasın. Bilirsiz, oxşar problemlər bütün dünyada yaşanır.
Müasir texnologiyaların tətbiqi genişləndikcə, istehlakçıların aldadılması çoxalır. İnsanların aldadılması texnoloji inkişafla paralel addımlayır. Mənim başıma belə iş Nyu-Yorkda gəlib. Avtobusa bilet almaq üçün 20 dollar yükləmək istəmişəm, aparat bilet verməyib. Tək bizdə deyil, hər yerdə belə hallar olur. Çox təəssüf.
Məlahət