
Milli Qəhrəmanı təhqir edən psixoloq məhkəmə qarşısına çıxacaq
20:53 20.12.2018
Arxiv
557
Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov Milli Qəhrəman Mübariz İbrahimovun ünvanına böhtan və təhqirlər yağdıran psixoloq N.Şahmarzadənin qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.
Sputnik Azərbaycan xəbər verir ki, A.Musayevlə R.Rüstəmov bu gün mətbuat konfransı keçirərək, cəmiyyətin əksər hissəsinin qəzəbinə səbəb olmuş psixoloqu məhkəməyə verdiklərini bildiriblər.

Əməkdar və beynəlxalq dərəcəli idman ustası A.Musayev mətbuat konfransında bunları deyib: "Bir neçə gün öncə psixoloq Nərmin Şahmarzadə sosial şəbəkələrdə şəhidimiz Mübariz İbrahimov haqqında tənqidi fikirlər səsləndirdi. O, birinci dəfə çıxış edəndə fikir vermədim. İkinci dəfə yenidən çıxış edəndə isə vəkil Ramil Rüstəmova müraciət etdim. Vəkil Nərmin Şahmarzadəni məhkəməyə verməyimə dəstək oldu”.
Doqquz qat dünya, üç qat Avropa çempionu olan idmançı onu da qeyd edib ki, onlar bu məsələ barədə Mübariz İbrahimovun atasına da məlumat veriblər: "Ağakərim İbrahimovla görüşmək üçün onlara getdik. O, bizə dedi ki, "Mübariz artıq mənim yox, həm də xalqın oğludur və inanıram ki, o qadına xalq cavab verəcək”. Biz də Xətai Rayon Məhkəməsinə müraciət etmişik. Əlimizdə olan dəlil və sübutları təqdim etmişik. Artıq 25 dekabrda ilk məhkəmə prosesi başlayacaq”.
Araz Musayev iddia edib ki, psixoloq N.Şahmarzadə kimlərsə tərəfindən idarə edilir: "Buna, hətta terror hadisəsi də demək olar. Ona görə də onun məhkəmə tərəfindən ən ağır cəza almasını istəyirik”.
Vəkil R.Rüstəmov isə deyib ki, milli dəyərlərimizlə bağlı olan bu məsələdə susmaq doğru deyil: "Bu gün bu məsələyə sussaq, sabah digər şəxslər də onun kimi şəhidlərimizə və qəhrəmanlarımıza "dil uzadacaqlar””.
Vəkil onu da əlavə edib ki, onlar məhkəmə ilə yanaşı, Daxili işlər naziri Ramil Usubova, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisə məktubla müraciət ediblər: "İnanırıq ki, xanımın etdiyi hərəkət cəzasız qalmayacaq. Biz sona kimi mübarizə aparacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya