Mina partlaması nəticəsində xəsarət alan əsgərlərin heç birinin həyatı üçün təhlükə yoxdur
12:51 09.04.2014
Arxiv
564
Silahlı Qüvvələrin baş cərrahı deyib
"Yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur".
Müdafiə Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayev deyib. O bildirib ki, ötən gün mina partlaması nəticəsində yaralanan hərbçilərin vəziyyəti stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur:
"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar.
Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib.
Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub.
Ümummiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir.
Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asıllıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır.
Yüngül xəsarət alanlar yerində hərtərəfli müəyinə olundu. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silalhli Qüvvələrin Baş Klinik Hospitalında müəlicəyə ehtiyac yoxdur.
Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümummiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.
Xəstələrə psixoloji yardım da göstəriləcəkdir. Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır".
Xatırladaq ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlayıb. Nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət