Minaya düşərək şəhid olan əsgər dəfn edildi
12:11 09.04.2014
Arxiv
584
Fizuli rayonunda təmas xəttində minaya düşərək dünyasını dəyişən əsgər Seyfəddin Nəvai oğlu Kərimov bu gün doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncənin Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının vəzifəli şəxsləri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbiçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər, idmanla məşğul olan və bir neçə dəfə müxtəlif yarışlarda birincilik qazanan Seyfəddin Kərimovun vətənpərvər bir gənc olduğunu, torpaq uğrunda canından belə keçməyə hazır olduğunu bildiriblər. Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan biri də Kərimov Seyfəddin Nəvai oğlu olub. O, Gəncənin Kəpəz rayonundan hərbi xidmətə yola salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət