Mingəçevirdə körpə peyvənd vurulandan sonra öldü
21:50 26.02.2016
Arxiv
758
Mingəçevir şəhərində yeni doğulan körpə peyvənd vurulandan sonra dünyasını dəyişib.
Mingəçevir kənd sakini Dilsuz Hacıyev APA-nın yerli bürosuna bildirib ki, oğlunun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Hacıyeva Şəhla Kərəm qızı fevralın 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində ilk övladını dünyaya gətirib: "Oğlan uşağı sağlam doğulub və xəstəxanada qaldığı 5 gün ərzində səhhətində heç bir problem olmayıb. Xəstəxanada uşağa BSJ peyvəndi vurulub. Samirə adlı tibb işçisi peyvəndi vurduqdan sonra ana və övladı evə buraxılıb. Evdə uşağın vəziyyəti qəflətən pisləşib. Fevralın 24-də uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.
D. Hacıyev nəvəsi Bəhruzun ölümünə tibb işçilərinin səhlənkarlığının səbəb olduğunu, məsələnin araşdırılması üçün Mingəçevir şəhər Prokurorluğuna müraciət etdiyini deyib.
Xəstəxanadan APA-ya bildirilib ki, vərəmə qarşı effektli profilaktik vasitə hesab olunan BSJ vaksini doğulandan sonra körpəyə vurulan ilk peyvənddir. Bu peyvənd uşağa doğulandan 4-7 gün ərzində vurulur. BSJ peyvəndi uşağa məhz doğum evində, uşaq evə buraxılmamışdan əvvəl vurulmalıdır. Təlimata uyğun olaraq Bəhruz Hacıyevə də BSJ vaksini vurulub. Onun ölümünün dəqiq səbəbi isə hələlik məlum deyil.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə