Misirdə iki qatar toqquşdu - 36 ölü, 120 yaralı




Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub.

 Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.