Misirdə yaşı 2 min ildən çox olan mumiyalar aşkarlanıb - Fotolar + ÖZƏL

Misirin mərkəzində Mine şəhərində 2 min ildən çox yaşı olan 40-dan çox mumiya aşkarlanıb.
"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, Misirin mərkəzində yunan mənşəli Ptolemaik sülaləsinin mumiyaları 2 fevral Misirin Qədimlik İşləri üzrə Nazirliyinin Tunah el-Jebel saytında açıqlanıb.
Bəzi mumiyalar kətan parçalarına bükülmüş vəziyyətdə tapılıb. Digər mumiyalar isə daşdan hazırlanan tabutlara, taxta sərdabələrə və kataqombalara yerləşdirilib. Bəzilərinin üzü qədim Misir dili ilə bəzədilib. Bəziləri kətana bükülərək yerə qoyulub.
Mumiyalar arasında elm adamları, kişilər, qadınlar, uşaqlar və ev heyvanlarına da rast gəlinir.
Mumiyaların 2000 ildən çox yaşı olsa da, yaxşı vəziyyətdədirlər.
Bu mumiyalar Minya şəhərindəki Tuna əl-Jebel arxeoloji sahəsinin qumlu torpaqları altında yerləşir. Ora düşmək üçün 9 metrə qədər dar daş tuneldən keçmək lazımdır. Orada böyük bir otaq mövcuddur və bu otaqdan bir neçə kiçik otaqlara giriş imkanı var.
Qədimlik İşləri üzrə Nazirliyin verdiyi məlumata görə, bu kişilər, qadınlar, uşaqlar və hətta ev heyvanları ptolemaik dövrünün "kiçik burjuaziyasına" aid bir ailə məzarlığında aşkar ediliblər. Onlara Misirdən əvvəl Rum qəbiləsinə daxil olan yunan mənşəli Kraliça Kleopatra hökmdarlıq edib.
Tərcümə etdi: Ayyət Əhməd