MN: Düşmən döyüş meydanında külli miqdarda silah-sursatını ataraq qaçıb

Düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.
Ələ keçirilən silah-sursatın görüntüləri Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya təqdim olunub.