“Moldova Azərbaycanlıları Konqresi” Novruz bayramını qeyd edib
11:54 17.03.2021
Arxiv
856
Tədbirə Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov və digər qonaqlar qatılıblar
Martın 16-da Moldovada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından ən fəalı - Moldova Azərbaycanlılar Konqresi baharın gəlişini və təbiətin oyanışını müjdələyən Novruz bayramını qeyd ediblər.
“Sherg.az” xəbər verir ki, koronavirus pandemiyası səbəbindən daha geniş tərkibdə təntənəli tədbir keçirmək mümkünsüz olduğundan mövcud qaydalar çərçivəsində sadəcə 20 nəfərin qatıldığı xudmani tədbir təşkil olunub:
“Bayram tədbirini Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Qudsi Osmanov və Moldova Respublikasındakı Qaqauz İcmasının sədri Nikolay Terzi də şərəfləndiriblər. Əvvəlcə, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Elçin Bayramov qonaqları salamlayıb. Daha sonra hörmətli səfir Qudsi Osmanov təbrik nitqi ilə çıxış edib. Həmçinin, tədbirə onlayn qaydada qoşulan Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı Şamil Ayrım və Azərbaycan Milli Məclisinin üzvü Sabir Rüstəmxanlının da təbrikləri dinlənilib.
Qeyd olunub ki, azsaylı qonaqların qatılımı ilə baş tutmuş bayram tədbiri səmimi ailə ortamı, ev mühiti yaradıb:
“Ümid edirik, gələn il Moldova Azərbaycanlıları Konqresi Novruz bayramını bütün diaspora nümayəndələrinin iştirakı ilə daha geniş tərkibdə, səsli-küylü və atəşfəşanlıqla qeyd edəcək. Hamını qarşıdan gələn Novruz bayramı münasibətilə hərarətlə təbrik edirik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial