Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi





Heydərabaddan (Hindistan) Moskvaya uçan "Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.

Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.