MTRŞ-dan Zaurun 15 yaşlı qıza elçi getməsi ilə bağlı AÇIQLAMA
05:53 18.11.2017
Arxiv
744
"Xəzər” TV-də yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş edilib.
Lent..az-ın azvision.az-a istinadən məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda məsələ araşdırılır:
"Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsləsindən söhbət getmir. Sadəcə olaraq, həmin qız uşağına elçi gediblər. Burada nə var axı? Bu, sadəcə elçilikdir. Kimisə evləndirməyiblər ki... Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb. Verilişdə adam evləndiriblər bəyəm?”.
T.Dadaşov "Belə bir təbliğatın aparılması nə dərəcədə doğrudur?” sualına cavabında isə bunları qeyd edib:
"Mən, təbii ki, bunu müdafiə etmirəm. Gördüyünüz kimi, orada ailənin mövqeyini də efirə verdilər. Ailə də bildirdi ki, bizim qızımız hələ məktəblidir və evlənə bilməz. Bu kadrlar da efirdə nümayiş olundu. Yenə deyirəm, orada kimisə evləndirməkdən söhbət getmir. Sadəcə, aparıcıya zəng vurub, elçi getməyi təklif ediblər. Aparıcıya da yalan məlumat veriblər. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə