Müəllimə 14 yaşlı şagirdiylə eşq yaşayıb

Məhkəmədə ərli qadının vəkilləri əfv diləyib



Fevral ayında həbs olunan 27 yaşlı orta məktəb müəllimi Stephanie Petersonun məhkəməsində şok detallar ortaya çıxıb. Şagirdiylə cinsi əlaqəyə girdiyini etiraf edən gənc qadının vəkilləri, məhkəmədən uşağın razılığı olduğunu nəzərə alaraq cəzanın azaldılmasını tələb edib. Polis, gənc qadının keçən ilin noyabr ayından bu yana 14 yaşlı şagirdi ilə əlaqəsi olduğunu açıqlamışdı.

Oğlanının ifadəsində, çılpaq fotolar göndərən fənn müəlliminin onunla cinsi əlaqəyə girdiyi və qadının narkotikadan necə istifadə olduğunu ona izah etdiyi yer alırdı. Şagirdin bu əlaqə üzündən dərslərindən geri qaldığını söylədiyi də bildirilir.
Daha sonra qadın, şagirdiylə avtomobilində və evində cinsi əlaqəyə girdiyini etiraf etmişdi.
Stephanie Petersonun 2015-ci ildən bəri evli olduğu açıqlanmışdı.