Müharibə vəziyyəti yaranıb
15:51 11.11.2017
Arxiv
1091
NATO-nun yeni komandanlıqlar qurması dünyanın bir çox regionlarında mövcud olan təhdidlərlə bağlıdır
NATO-ya üzv ölkələrin müdafiə nazirləri iki yeni komandanlığın yaradılmasına qərar veriblər. Təşkilatın baş katibi Yens Stoltenberq deyib ki, yeni komanda strukturlarının sxemi artıq razılaşdırılıb.
Onun sözlərinə görə, komandanlıqlardan biri Atlantik okeanda nəqliyyat yollarının təhlükəsizliyini, digəri isə Avropada canlı qüvvə və texnikanın hərəkətini təmin edəcək. Stoltenberq həmçinin bildirib ki, NATO nəzdində kiber əməliyyatların keçirilməsi üzrə mərkəz yaradılacaq.
Hərbi alyansın öz fəaliyyətini genişləndirməsi ilə bağlı "Şərq”ə açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, müxtəlif bölgələrdə yaranmış təhlükəli vəziyyət NATO-nu öz hərbi fəaliyyətini genişləndirməyə sövq edib:
"Qərb dövlətlərinin Rusiya ilə münasibətlərində ciddi gərginlik müşahidə olunur. Moskvanın hərbi potensialını artırması da ABŞ və Avropa ölkələrini narahat etməyə başlayıb. İndi baş verən proseslər soyuq müharibə illərini xatırladır. O zaman SSRİ raketlərin sayına görə Avropa ölkələrini qabaqlamağa çalışırdı. Sırf ona görə hərbi alyans öz fəaliyyətini genişləndirməyə qərar vermişdi. Bu dəfə də ona bənzər hadisələr yaşanmaqdadır.
Ümumi olaraq demək olar ki, təşkilatın yeni komandanlıqlar qurması dünyanın bir çox regionlarında mövcud olan təhdidlərlə bağlıdır. Xüsusən, terrorla mübarizə istiqamətində daha təsirli olmaq və Rusiyanın oynadığı neqativ rolu zərərsizləşdirmək üçün NATO müəyyən tədbirlər görmək məcburiyyətindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi