“Münaqişələrin hamısının bir ssenarisi var”
19:21 10.03.2016
Arxiv
699
Yuşşenko: “Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur”
"Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiya bəyan edir ki, bu, ukraynalılar arasında baş verən münaqişədir. Lakin bu mövqe cəfəngiyyatdır”.
APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda paneldə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib. Onun sözlərinə görə, insanların beynində belə bir fikir yer alıb ki, niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var: "Bu, böyük ordudur. Bir çox Avropa ölkələrinin ordusundan böyükdür. 12 minə yaxın peşəkar Rusiya ordusu, yarım hərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülh yaşayışına təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Və bu münaqişələrin hamısı Rusiyanın məsələsidir”.
V. Yuşşenko deyib ki, bu münaqişələrin hamısının bir ssenarisi var: "Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol