Böyük ehtimalla prezident seçkilərindən sonra Moskva Azərbaycana yeni diplomat təyin edəcək
Münasibətlərdə heç nə dəyişməyib
07:42 06.03.2018
Arxiv
705
Səfir təyinatının ləngiməsi o qədər də aktual deyil
Böyük ehtimalla prezident seçkilərindən sonra Moskva Azərbaycana yeni diplomat təyin edəcək
Böyük ehtimalla prezident seçkilərindən sonra Moskva Azərbaycana yeni diplomat təyin edəcək
Ötən ilin payızından etibarən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsi boşdur. Keçmiş səfir Vladimir Doroxin 2017-ci ilin noyabrında postundan azad edilib. Doroxindən sonra səfir vəzifəsinə ermənipərəst mövqeli Georgi Zuyevin təyin olunacağı barədə məlumatlar yayılsa da, Bakının etirazı üzərinə Kreml bu təyinatla bağlı mövqeyindən geri çəkilib.
Doğrudur, sonradan Rusiya XİN başçısı Sergey Lavrov bildirdi ki, guya, Moskva Zuyev üçün Azərbaycandan heç vaxt aqreman xahiş eləməyib. Ancaq 2017-ci ildə Lavrovun Azərbaycanı təhdid edən açıqlamaları səfir təyinatında ermənipərəst namizədə üstünlük verilməsi ehtimalını xeyli gücləndirir.
Bəzi ekspertlər səfir təyinatının gecikməsinin Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərdiyini iddia etsələr də, əksəriyyət prosesi başqa cür şərh edirlər. Məlumat üçün deyək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da səfirin olmamasının iki ölkənin əlaqələrinə təsir etmədiyini deyib. XİN rəsmisi vurğulayıb ki, səfirin dəyişdirilməsi təbii prosesdir: "Bakıdakı səfirliyimiz işləyir, Moskvadakı azərbaycanlı həmkarları ilə əlaqələrini davam etdirir. Münasibətlərdə heç bir porblem yoxdur”.
Səfir postunun boş saxlanması ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, təyinatın gecikməsi Rusiya-Azərbaycan münasibətlərinin lokal xarakter daşımadığını, tərəflərdən hansısa birinin hakim mövqedə durmadığını göstərir. Ekspertin sözlərinə görə, Rusiya və Azərbaycan bərabərhüquqlu dövlətlərdir:
"Səfir təyinatının hələ də baş tutmaması Rusiyanın Azərbaycanla hesablaşdığını göstərir. Azərbaycan öz mənafeyi naminə konkret mövqeyini ortaya qoyub. Moskva prosesə həssas yanaşdığı üçün tələsik qərar verməyə tələsmir. Hazırda tərəflər arasında məsləhətləşmələr gedir. Xatırladım ki, bu kimi hallar ABŞ-Azərbaycan münasibətlərində də yaşanıb. Vaşinqton uzun müddət Azərbaycanı səfirsiz qoydu, onların təklif etdiyi namizədə rəsmi Bakı tərəfindən aqreman verilmədi.
Bütün hallarda Azərbaycan tərəfi çalışır ki, səfirlik postunu tutan şəxs münasibətlərdə müsbət rol oynasın. Yanlış hərəkət və fəaliyyətlə əlaqələrə zərbə vuran diplomatlar təyin olunmasın. Fikrimcə, Rusiyada keçiriləcək prezident seçkisindən sonra Moskva məsələyə yenidən qayıdacaq və ölkəmizə yeni səfir təyin edəcək”.
Analitik vurğulayıb ki, səfirin olmaması ikitərəfli münasibətlərə hansısa mənfi təsir göstərmir:
"Düzdür, bəzi siyasi motivlər olmamış deyil. Ancaq müəmmalı məqamlar olmasına baxmayaraq, ikitərəfli əlaqələrdə geriləmə yoxdur.
Səfir təyin olunmuş olsaydı belə Rusiya ilə Azərbaycan arasında heç nə dəyişməyəcəkdi. Rusiya-Azərbaycan münasibətləri çoxşaxəlidir. Bir çox kanallar üzrə sıx əməkdaşlığımız mövcuddur. Səfir məsələsi o qədər də aktual deyil. Səfirin yoxluğu Rusiyanın baş nazirinin müavini Roqozinin Azərbaycana səfərinə əngəl törətmədi. Bu da onu göstərir ki, əlaqələr olduğu kimi qalmaqdadır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya