Müsəlman miqrantlara qarşı çıxan prezidentliyə namizədə daha bir şans

Avstriyada prezident seçkiləri yenidən keçiriləcək




"Biz müsəlmanların Avropanı qəsb etməsinə imlan verməməliyik". Bunu deyən Norbert Hofer Avstriyanın prezidenti olmağa çox yaxın idi. Amma maydakı seçkilərdə onun cüzi fərqlə uduzduğu elan edilmişdi. Amma Avstriyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin yenidən keçirilməsi barədə qərar çıxarıb. Mayın 22-də keçirilmiş seçkilərdə millətçi Azadlıq Partiyasının namizədi məğlub elan edilmişdi.

İmmiqrasiyaya qarşı olan Azadlıq Partiyasının namizədi Norbert Hofer 30 min səs fərqi ilə uduzmasından sonra məhkəməyə müraciət edərək sayma prosesində pozuntulara yol verildiyi barədə şikayət edib. Səslərin ümumi sayı isə 4,5 milyondur.

Baş hakim Gerhart Holzinger iyulun 1-də Vyanada bildirib ki, şikayət təmin edilib. "Loru dildə bu o deməkdir ki, bütün Avstriyada bütün seçki prosesi yenidən təkrarlanmalıdır," hakim deyib.

Ümummilli seçkinin nəticələrinin ləğv edilməsi ölkədəki parçalanmanı artıra bilər. Artıq 22 may seçkilərində tərəflərdən birinin cüzi fərqlə məğlub olması bu parçalanmanı ortaya qoymuşdu. Yaşıllar Partiyasının dəstəklədiyi Van der Bellen Hoferə qalib gəlməsəydi, sonuncu II Dünya müharibəsindən bəri Avropada ilk populist dövlət başçısı olacaqdı. Konstitusiya Məhkəməsinin çıxardığı bu qərar Azadlıq Partiyasının siyasi istəblişmentin Hoferin qələbəsini tanımaq istəmədiyini iddia etməsinə şərait yarada bilər.(amerikanın səsi)

Daxili İşlər Nazirliyi bildirib ki, seçkilər böyük ehtimalla payızda baş tutacaq. Bundan əvvəlki seçki iki raundda baş tutmuşdu. Bu seçkilərdə miqrasiya və Avropa Birliyi ilə münasibətlər kontekstində siyasi parçalanma özünü göstərmişdi. Çox güman ki, təkrar seçkilər də eyni mənzərəni ortaya qoyacaq.