
MÜSİAD azərbaycanlı jurnalistlərlə görüş keçirib - FOTO
10:54 27.11.2017
Arxiv
485
Noyabrın 25-i Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin təşkilatçılığı ilə yerli jurnalistlərlə görüş keçirilib.
"Sherg.az"-ın məlumatına görə, görüşdə əvvəlcə Türkiyədə 15 iyul - dövlət çevrilişi cəhdinə qarşı qardaş ölkə xalqının əzmkar mübarizəsini əks etdirən qısa film nümayiş olunub.
Daha sonra çıxış edən MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun qurumun fəaliyyətinə barədə media nümayəndələrini məlumatlandırıb. O bildirib ki, 1990-cı ildə 12 iş adamı tərəfindən təsis olunan MÜSİAD-ın hazırda 11 mindən çox üzvü var:
"Dünyanın 68 ölkəsində 181 şöbəsi olan MÜSİAD 50 mindən çox müəssisəni və 1,6 milyon işçini əhatə edir. Dərnək Türkiyənin ən böyük şirkətləri ilə yanaşı, kiçik biznes təmsilçilərinin də beynəlxalq əlaqələrinin qurulması və xarici bazarlara çıxması üçün əlverişli platforma təqdim edir".
MÜSİAD-ın Azərbaycan şöbəsinin bu il iyunun 1-dən fəaliyyətə başladığını vurğulayan A.Uzun qurumun üzvlərinin sayının sürətlə artdığını söyləyib. Sədrin sözlərinə görə, MÜSİAD-ın Azərbaycan şöbəsinin hədəfi milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, ölkələrimizin inkişafına töhfə verməkdir:

"Hazırda 35 üzvü olan şöbə fəaliyyətinin birinci ili ərzində üzvlərinin sayını 100-ə, üç ildə isə 500-ə çatdırmağı planlaşdırır. Dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviq edilməsi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır".
Tədbirin yekununda idarə heyəti üzvləri mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə