"NATO Ermənistana da təzyiq göstərərsə, işğalçı ölkə düzgün qərara gələcək"- Millət vəkili
17:03 13.07.2018
Arxiv
689
Rüfət Quliyev: "Mövqeyimizə uyğun addımlar atılmasa, ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərbi yolla torpaqlarımızı qaytaracağıq"
"NATO və Avropa İttifaqı (Aİ) ilə yanaşı dünyada fəaliyyət göstərən bütün beynəlxalq nüfuzlu qurumlarla münasibətlərimiz var”.
Bu sözləri "Sherg.az”a Azərbaycan-NATO əlaqələri haqqında danışarkən millət vəkili Rüfət Quliyev söyləyib.
O vurğulayıb ki, dünya birliyi, o cümlədən NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
"Erməni lobbisinin arxasında duran şəxslər, nüfuzlu beynəlxalq təşkilatlarda ermənilərə xidmət edən rəsmilər məsələni başqa formada təqdim etmək üçün çalışır. Onlar Ermənistanın üzərindən işğalçı adını götürmək, əsassız şəkildə Azərbaycanı günahkar göstərmək istəyirlər. Buna baxmayaraq, bütün dünya qurumları Azərbaycanın tərəfindədir. Biz isə bu məsələləri həll etməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu çözməyə çalışırıq. Lakin mövqeyimizə uyğun addımlar atılmasa, ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərbi yolla torpaqlarımızı qaytaracağıq.
Azərbaycan və Ermənistan ordusu təkbətək qalarsa, düşmən 48 saat belə dözə bilməz. Azərbaycan ordusu Erməni silahlı qüvvələrindən dəfələrlə güclüdür. Sadəcə geopolitik məsələlərlə bağlı olaraq, hərbi addım atmaqda tələsmirik. İstəmirik şəhidlərimiz artsın, insanlar kütləvi şəkildə həlak olsun. Sülh prinsiplərini illərdir əsas tutmağımızın səbəbi də məhz humanizm məsələsidir. Ümid edirik ki, Ermənistan da sülh yolunu seçərək, Azərbaycan torpaqlarını geri qaytaracaq. İstənilən halda Azərbaycan bütün səylərini əsirgəmir, supergüclərə beynəlxalq təşkilatlara müraciət edib, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir”.
R.Quliyev onu da əlavə ki, NATO bəzi digər ölkələrə olduğu kimi Ermənistana da təzyiq göstərərsə, işağlçı ölkə düzgün qərara gələcək.
Qeyd edək ki, iyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub. Görüşdə iştirak edən prezident İlham Əliyev çıxış edərək, bir sıra məsələlərə toxunub və bildirib ki, Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat