Nazənin sərxoş kişini oynatdı





Dünən, metronun 28 may stansiyası yaxınlığında maraqlı və gülməli hadisə yaşanıb. Sərxoş vəziyyətdə olan yaşlı bir kişi müğənni Nazəninin "Ay ürəyim" mahnısının sədaları altında nümayişkəranə şəkildə rəqs edib. Əməkdaşımızın lentə aldığı görüntüdən də aydın olur ki, sərxoş kişi gənc taksi sürücüsünə yaxınlaşıb, maşınında ritmik mahnı qoymasını istəyib. Xahişi nəzərə alan sürücü avtomobilinin qapılarını açıb, maqnitofonuna səs verib. Sərxoş mahnını eşidən kimi oynamağa başlayıb. Öncə taksinin yanında rəqs etsə də, digər sürücü ona 1 manat verərək, geniş yerdə oynamasını xahiş edib. Buna əməl edən sərxoş görünən yerə çıxaraq rəqsə davam edib. Ətrafdakı sakinlərin kütləvi şəkildə tamaşaya cəmləndiyini görən polis əməkdaşının müdaxiləsindən sonra sürücü mahnının səsini alıb. Sərxoş isə polisə " bütün günü qəm- qüssə çəkirik, olmazmı ki, bir gün də əylənək " deyərək hadisə yerini tərk edib.

Həmin videonu təqdim edirik: