Nazir rəqəm açıqladı: “Sosial mənzillərin tikintisinə 250 milyon manat nəzərdə tutulub”





Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.

Sherg.az xəbər verir ki, toplantıda İqtisadiyyat naziri Şahin Mustafayev büdcədən danışıb. 

O, deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib: 

"Makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib. Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb”.

Nazir bildirib ki, 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi nəzərdə tutulub: 

"2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.


Ş.Mustafayev qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub: 

"Prezidentin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib. Əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub”.

Nazirin sözlərinə görə, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək.

Anar