Nazir: "Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq"
07:15 21.12.2018
Arxiv
580
"2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq".
"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında deyib.
C.Bayramov eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağını qeyd edib.
Nazir xatırladıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunub: "Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə oxuyur”.
O həmçinin əlavə edib ki, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, ümumilikdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği işinin sistemli təşkili sahələrində iş aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya