Nazirlər Kabinetində qaçqınlarla bağlı toplantı keçirildi
16:53 02.05.2019
Arxiv
597
Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: "Dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində vacib addımlar atılır”.
Əli Əhmədov paytaxt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binaların nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.
İclasda paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda yoxlamalar aparan Fövqəladə Hallar Nazirliyinin arayışı dinlənilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların kommunal problemlərlə üzləşməməsi üçün hazırda aidiyyəti qurumların komitə ilə birgə xüsusi komissiyanın tərkibində işlədiyini bildirib. Sədr komissiyanın artıq bir neçə binaya baxış keçirdiyini və mövcud vəziyyətlə bağlı rəy hazırladığını deyib.
Bu məsələnin dövlətimizin başçısının nəzarətində olduğunu vurğulayan Baş nazirin müavini komissiyaya qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyəti, həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol