Nazirlik Anarın əsərinə qadağa qoydu
11:25 10.04.2014
Arxiv
618
Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqləd
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Səhra yuxuları” əsərinin səhnələşdirilməsinə qadağa qoyulub.
Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirir ki, sözügedən əsər vaxtiylə Akademik Dram Teatrının səhnəsində oynanılıb. Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyir ki, otən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də buna mane olublar. Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. O, "Səhra yuxuları” na quruluş vermək istədiyini bildirsə də sözügedən teatrın direktorundan "yox” cavabı alıb. Mənbə onu da əlavə edib ki, Anarın özü "Səhra yuxuları” əsərinin hazırlanmasında maraqlı olub. Bununla bağlı "Azdrama”nın rəhbərliyinin qadağasını eşidincə, İ.İsrafilova əsəbiləşib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, amma nəticə dəyişməyib. Bundan sonra məlum olub ki, qadağa İ.İsrafilovun şəxsi münasibəti ilə bağlı deyil.
Məsələ ilə bağlı AzNews.az-ın sullarını cavablandıran Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqlədi. Onun dediklərini olduğu kimi təqdim edirik: "Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərcilik olur ki... Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin quruluş verilməsinə, Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət